Cənubi Koreya “Phantom II”ləri istismardan çıxarmazdan əvvəl sonuncu dəfə AGM-142 “Popeye” raketini atıb - VİDEO

2024/04/2024--1713963601.jpg
Oxunub: 237     16:24     24 Aprel 2024    
Cənubi Koreya Hərbi Hava Qüvvələri (HHQ) F-4E “Phantom II” döyüş təyyarələrini istismardan çıxarmazdan əvvəl təlimdə sonuncu dəfə AGM-142 “Popeye” “hava-yer” raketini atıb.

Ordu.az xəbər verir ki, aprelin 18-də baş tutan və “Suvon” aviabazasında yerləşən 10-cu Eskadrilya pilotlarının iştirak etdiyi təlimin video görüntüləri “Yu Yongwon TV” tərəfindən yayımlanıb.

Görüntülərdə sadəcə AGM-142 ilə təchiz edilmiş iki F-4E göstərilir. F-4E Cənubi Koreya HHQ-nin inventarındakı yeganə AGM-142 atma qabiliyyətinə malik təyyarədir.

Cənubi Koreya 1996-cı ilin sonunda xarici hərbi satışlar vasitəsilə ABŞ-dən 116 “Popeye”lik ilk partiyanı alıb. Onun əlavə nə qədər raket aldığı hələ də bəlli deyil. 2002-ci ildə AGM-142 Cənubi Koreya HHQ-də xidmətə daxil olub.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Phantom-II  


Bizi "telegram"da izləyin