Çexiya “Leopard 2” istehsalında iştirak etməyi planlaşdırır

2024/04/1713947395.jpg
Oxunub: 180     15:20     24 Aprel 2024    
Çexiya “Leopard” 2A8 əsas döyüş tankının istehsalında iştirak etmək istəyir.

Ordu.az xəbər verir ki, Avropa ölkələrinin verdiyi sifarişlər çərçivəsində Çexiya müdafiə şirkətinin, o cümlədən “Excalibur Army”nin “Leopard” 2A8 əsas döyüş tanklarının istehsalı ilə məşğul ola biləcəyi iddia edilib.

Çex mətbuatında yer alan iddialara görə, Çexiya ilə Almaniya arasında Çexiya sənaye holdinqi “Czechoslovak Group”a daxil olan bir sıra müdafiə sənayesi şirkətlərinin “Leopard” 2A8 əsas döyüş tanklarının istehsalına cəlb edilməsi üçün danışıqlar aparılır.

İddialara görə, “Excalibur Army” şirkətindən başqa, digər Çexiya müdafiə sənayesi şirkətləri də layihəyə cəlb olunacaq və istehsalın bir hissəsinin Çexiya ərazisində həyata keçirilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Leopard-2  


Bizi "telegram"da izləyin