İspaniya “Kongsberg”dən NASAMS HHM sistemləri satın alacaq

2024/04/2024--1713945498.jpg
Oxunub: 222     17:57     24 Aprel 2024    
İspaniya Norveçdə yerləşən “Kongsberg” müdafiə şirkətindən NASAMS Hava Hücumundan Müdafiə (HHM) sistemləri satın alacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, İspaniya “Kongsberg”dən təxminən 438 milyon dollara əlavə NASAMS HHM sistemi alacaq.

Məlumata görə, alınacaq yeni sistem İspaniyanın hazırda istifadə etdiyi 4 sistemə inteqrasiya olunacaq və İspaniya Silahlı Qüvvələrinin HHM qabiliyyətini gücləndirəcək.

Proqram üzrə müqavilənin gələn ay imzalanacağı gözlənilir.

İspaniyanın NASAMS sistemləri hazırda NATO-nun Hava Qalxanı Missiyası çərçivəsində Baltikyanı regionda yerləşdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NASAMS   NATO  


Bizi "telegram"da izləyin