Erməni hərbi ekspert: “Azərbaycan Dövlət Sərhəd Xidməti əslində onların 2-ci ordusudur”

2021/02/Karen-1612938366.jpg
Oxunub: 503     17:40     24 Aprel 2024    
“Azərbaycan qoşunları onilliklər boyu inşa edilmiş və alınmaz vəziyyətdə saxlanılan Tavusdakı mövqelərimizdə bir güllə belə atmadan artıq mövqe tutur”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan “Facebook” səhifəsində yazıb.

“Amma çoxları düşünmədən Nikol Paşinyanın bu təbliğatını təkrar etməyə davam edəcəklər ki, 44 günlük müharibəni uduzduq, çünki səngər yox idi və 80-ci illərin silahı idi. “Sərhədçilər dayanacaqlar” təbliğat tezisi ilə bağlı: Ermənistan Sərhəd Qoşunları və Azərbaycan Dövlət Sərhəd Xidməti tamamilə müqayisə olunmaz şeylərdir. Kobud desək, sərhədçilər bizim üçün mühafizə xidməti kimi bir şey olub. Azərbaycan Dövlət Sərhəd Xidməti əslində onların 2-ci ordusudur”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   DSX   Tavus  


Bizi "telegram"da izləyin