“Ərdoğanın şərhlərində təəccüblü heç nə yoxdur, çünki erməni tərəfinin Türkiyə tərəfindən heç bir tələbi yoxdur” - Rayevski

2024/04/1713945173.jpg
Oxunub: 261     16:51     24 Aprel 2024    
“Ərdoğanın şərhlərində təəccüblü heç nə yoxdur, çünki erməni tərəfi heç bir çıxışında bu məsələni xüsusi olaraq müzakirə etmir, onun Türkiyə tərəfindən heç bir tələbi yoxdur”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı türkşünas, analitik Viktor Nadein-Rayevski deyib.

Onun sözlərinə görə, bu, Türkiyə hökuməti üçün Türkiyə və xüsusən də Ərdoğan üçün ağrılı olan “soyqırımı” (qondarma-red.) məsələsini tamamilə bağlaya biləcək unikal dövrdür.

Analitik xatırladıb ki, Ərdoğan bütün vəzifələrində “soyqırımı”na toxunan, bu barədə məqalələr yazan, imtina edən, arxivlərin açılmasını və s. təklif edən Türkiyə elitasının simalarından biri olub.

“Türkiyədə keçirilən diplomatik forumda İrəvanda, Ankarada görüşlərin olacağına dair vədlər verildi, amma aylar keçdi, görüşlər baş tutmadı”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə   İrəvan  


Bizi "telegram"da izləyin