Erməni ekspert: “Müəyyən sərhəd problemləri var idi, onların da həlli Gürcüstanın xeyrinə olacaq”

2024/04/1713945105.jpg
Oxunub: 243     16:33     24 Aprel 2024    
“Onlar Tavusa paralel olaraq Lori ərazilərinə çatıblar, Ermənistan-Gürcüstan sərhədlərinin müəyyənləşdirilməsi prosesi də gedir, sadəcə olaraq gərgin olmayan Ermənistan-Gürcüstan münasibətlərini nəzərə alaraq, xəbərlərdə buna o qədər də diqqət yetirilməyib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Kontsern Dialoq” hüquq bürosunun menecer-partnyoru, beynəlxalq hüquq üzrə erməni mütəxəssis Aram Orbelyan deyib.

Onun sözlərinə görə, burada da müəyyən sərhəd problemləri var idi, onların da həlli Gürcüstanın xeyrinə olacaq.

“Beynəlxalq hüquq tətbiq edilməlidir. Ermənistanın adından danışıqlar aparan bu adamlar beynəlxalq hüququ tətbiq etməyə çalışmırlar, sadəcə olaraq Ermənistanın əraziləri nəyə görə verməli olduğunu əsaslandırmaq üçün rəqib dövlətlərin belə istifadə etmədiyi arqumentlər uydurmağa çalışırlar”, - deyə Orbelyan qeyd edib.

Orbelyan bildirib ki, müharibəyə alternativ var, ölkə dağılır, çox qısa zamanda parlamentdə etimadsızlıq prosesi başladılmalı, Nikol Paşinyan qovulmalıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tavus   Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin