Brayza: "Seçkidə Bayden qalib gələrsə, xarici siyasətdə eyni xətti görəcəyik"

2023/05/6454c-1683277652.jpg
Oxunub: 174     19:20     23 Aprel 2024    
“Mən Rusiyanın öz qüvvələrini regiondan çıxarmasına şok oldum, daha doğrusu müsbət mənada təəccübləndim”.

Ordu.az xəbər verir ki, bunu aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza jurnalistlərə açıqlamasında deyib:

“Biz bilirik ki, Qarabağdakı ermənilər rus sülhməramlılarının orada daimi olmasını istəyirdi, amma bu məsələ ilə bağlı beş illik razılaşma vardı. Ermənilər hesab edirdi ki, rus qüvvələri Ermənistanı qoruyacaq, ancaq nə zaman ki, Baş nazir Paşinyan bəyan etdi ki, onların rus bazarlarına ehtiyacı yoxdur və Ermənista KTMT-də iştirakını dayandırır buna cavab olaraq Rusiya öz qüvvələrini ümumilikdə regiondan çıxardı”.

Metyu Brayza noyabrda ABŞ-da keçiriləcək seçkilərə toxunaraq ABŞ-ın xarici siyasətində dəyişikliyin kimin seçiləcəyindən asılı olacağını deyib:

“Əgər Bayden qalib gələrsə, eyni siyasi xətti görəcəyik. Əgər Tramp qalib gələrsə, proses fərqli olacaq. Tramp Ukrayna ilə bağlı fərqli düşünür, daha az dəsətk nümayiş etdirir, ola bilər, o, Rusiya ilə daha yaxşı münasibətlərə çalışacaq. Amma digər tərəfdən unutmamalıyıq ki, ilk dəfə Tramp Ukraynaya tank əleyhinə siıahlar - "Javelin"lər göndərib. Hesab edirəm ki, Tramp daha ziddiyətli yanaşma nümayiş etdirəcək. Əgər Tramp qalub gələrsə həm daxili həm də xarici siyasətdə xaos görəcəyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Brayza   Bayden   ABŞ  


Bizi "telegram"da izləyin