Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

2024/04/devet-1713885762.jpg
Oxunub: 119     18:42     23 Aprel 2024    
Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov Prezidenti İlham Əliyevin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Norveç Krallığının Baş naziri Jonas Gahr Storeyə ünvanladığı dəvət məktubunu Norveç Krallığının İsveçdəki səfiri Aud Kolberqə təqdim edib.

Ordu.az xəbər verir ki, görüş zamanı Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində uğurlu təcrübəsi qeyd olunub. COP29-a hazırlıq işləri barədə qarşı tərəfə məlumat verilib, habelə Azərbaycan və Norveç arasında əməkdaşlıq məsələlərinə toxunulub.

Norveç səfiri dəvət məktubuna görə təşəkkürünü ifadə edib və onun ən qısa zamanda yüksək ünvanına çatdırılacağını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Norveç  


Bizi "telegram"da izləyin