“Leopard” 2A6 tankı Rusiyada görüntülənib

2024/04/2024--1713860938.jpg
Oxunub: 287     17:28     23 Aprel 2024    
“Leopard” 2A6 tankı Rusiyada görüntülənib.

Ordu.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinə hədiyyə edilən Almaniya istehsalı “Leopard” 2A6 tankının yük maşınının qoşqusunda Moskvaya doğru irəlilədiyi bildirilir.

Sosial mediada paylaşılan görüntülərdə tankın Rusiyada yük maşını ilə daşındığı müşahidə edilib.

Hələlik rəsmi təsdiq olmasa da, tankın Avdeyevka yaxınlığında rus qüvvələri tərəfindən ələ keçirildiyi barədə fərziyyələr var.

Görüntülər araşdırıldığında Rusiya qüvvələri tərəfindən ələ keçirildiyi düşünülən “Leopard” 2A6 tankının kənardan yaxşı vəziyyətdə olduğu görünür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leopard   2A6   Rusiya  


Bizi "telegram"da izləyin