DD Argentinaya “Basler” BT-67 nəqliyyat təyyarələrinin mümkün satışını təsdiqləyib

2024/04/2024--1713858834.jpg
Oxunub: 101     18:52     23 Aprel 2024    
ABŞ Dövlət Departamenti Argentinaya “Basler” BT-67 nəqliyyat təyyarələrinin mümkün satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, 143 milyon dollarlıq təxmini satışa ehtiyat mühərriklər, təlim və logistik dəstək daxildir.

Lakin açıqlamada satılacaq təyyarələrin sayı açıqlanmayıb.

Təyyarələr Argentina ordusunun qış aylarında Antarktidada xidmət etmək üçün hava-desant və hava daşıma qabiliyyətini artıracaq. Bu, həmçinin ölkədəki digər hava daşıma aktivlərinin yükünü azaltmağa kömək edəcək.

Məlumata görə, Viskonsin ştatında yerləşən müdafiə istehsalçısı “Basler Turbo Conversions” təklif olunan satış üçün əsas podratçı olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Argentina   Basler   BT-67  


Bizi "telegram"da izləyin