Harutyunyandan Paşinyana: “Tavusu təhvil verməklə, Zəngəzurun açarını İlham Əliyevə verirsən”

2024/04/1713858310.jpg
Oxunub: 219     16:44     23 Aprel 2024    
“Son inkişafları birtərəfli güzəşt hesab edirəm”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri Xosrov Harutyunyan deyib.

Harutyunyan qeyd edib ki, bu, həqiqətən də tarixi addımdır, çünki Ermənistan ilk dəfə olaraq öz dövlətinin ən mühüm müdafiə xəttini Azərbaycana verir.

“Tavus vilayətinin o hissəsi bizim yeganə təminatlı müdafiə xəttimizdir, bu hökumət onu birbaşa məhv edir, Tavus vilayətində yaşamağı çox riskli hala gətirir. Tavusu təhvil verməklə, Zəngəzurun açarını İlham Əliyevə verirsən”, - deyə Harutyunyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tavus   Zəngəzur  


Bizi "telegram"da izləyin