BAM-ın veteranı: "Heydər Əliyev dəmir iradəli, eyni zamanda, insanlara qarşı həssas biri idi"

2024/04/1e89c-1713809217.jpg
Oxunub: 137     21:55     22 Aprel 2024    
Heydər Əliyev dəmir iradəli, eyni zamanda insanlara qarşı həssas biri idi.

Ordu.az xəbər verir ki, bunu 1980-1990-cı illərdə Baykal-Amur magistral xəttinin (BAM) tikintisində iştirak etmiş “BAM birliyi” ümum-Rusiya ictimai təşkilatının prezidenti Efim Basin deyib.

“O mənim taleyimdə böyük rol oynayıb. Heydər Əliyevin BAM-ın tikintisini ziyarət etməsini yaxşı xatırlayıram”, – deyə o, xatirələri ilə bölüşüb.

O həmçinin vurğulayıb ki, azərbaycanlı inşaatçılar BAM-da iki qəsəbə salıblar.

“Azərbaycan yeganə respublikadır ki, BAM-da öz nümayəndələrinə verdiyi vədləri yerinə yetirib, onları mənzillə təmin edib. Bu o deməkdir ki, Heydər Əliyevin adı xalqlarımızın dostluğunun simvolu olub”, – Basin əlavə edib.

Eyni zamanda, o, Rusiya və Azərbaycan prezidentlərini iyulun 8-də Tında şəhərinə BAM-ın ildönümünü qeyd etməyə dəvət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAM-ın-veteranı   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin