Putin: "Azərbaycan və Rusiya Şimal-Cənub Nəqliyyat Dəhlizinin həyata keçirilməsində birgə iştirak edir"

2024/03/1710737902.jpg
Oxunub: 181     21:09     22 Aprel 2024    
Azərbaycan və Rusiya bu gün Şimal-Cənub Nəqliyyat Dəhlizinin həyata keçirilməsində birgə iştirak edir.

Ordu.az-ın verdiyi xəbərə görə, bu fikri Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə deyib.

Vladimir Putin deyib ki, bütün maraqlı tərəfləri bu layihədə iştiraka dəvət edirlər.

Şimal-Cənub marşrutunun qlobal Cənubla nəqliyyat əlaqəsinin təmin olunmasında mühüm rol oynayacağını vurğulayan Rusiya Prezidenti bildirib ki, Şimal-Cənub dəmir yolu marşrutu beynəlxalq əməkdaşlığa bir nümunə olmalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin