Rumıniya parlamenti Qara dənizin minalardan müdafiəsi qrupunda iştirakını təsdiqləyib

2024/04/fa506-1713803337.jpg
Oxunub: 115     19:46     22 Aprel 2024    
Rumıniya parlamenti ölkə Prezidenti Klaus Yohannisin sorğusu əsasında Qara dənizdə minalardan müdafiə qrupunun yaradılmasında ölkə hərbçilərinin iştirakını səs çoxluğu ilə təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə “Agerpress” agentliyi məlumat yayıb.

Bu ildən etibarən Rumıniya minalara qarşı mübarizə üzrə İşçi Qrupa (MCM Black Sea) 6 nəfərə qədər hərbçidən ibarət qərargah heyəti, həmçinin mina əleyhinə tədbirləri yerinə yetirmək qabiliyyətinə malik olan və göyərtəsində maksimum 85 istehkamçı əsgərin olacağı döyüş gəmisi təqdim edəcək.

Parlamentin elə həmin iclasında deputatlar və senatorlar Rumıniya ordusunun “Eunavfor Aspides” və “Prosperity Guardian” əməliyyatlarında iştirakını təsdiqləyiblər. Bab əl-Məndeb boğazı, Hörmüz boğazı, Qırmızı dəniz, Ərəb dənizi və Fars körfəzinin beynəlxalq sularında naviqasiya təhlükəsizliyini təmin etmək məqsədi daşıyan “Eunavfor Aspides” əməliyyatına bu ildən başlayaraq 5-ə qədər hərbçi cəlb olunacaq. ABŞ komandanlığının Qırmızı dəniz, Ədən körfəzi və Bəhreyn ştatı ərazisindəki məsuliyyət zonasında keçiriləcək “Prosperity Guardian” əməliyyatında isə 3-ə qədər hərbçi iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Qara-dəniz   Mina  


Bizi "telegram"da izləyin