Gürcüstanın müdafiə naziri: "Cənubi Qafqazda sülhün bərqərar olması prosesinə töhfə verməyə hazırıq"

2024/04/16188-1713800903.jpg
Oxunub: 140     19:23     22 Aprel 2024    
Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazırdır.

Ordu.az xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevi qəbul edərkən deyib.

Görüşdə tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin vacibliyini müzakirə ediblər. Yüksək səviyyəli səfərlərin müsbət dinamikası qeyd olunub.

Həmçinin müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Beynəlxalq təlimlərdə birgə iştiraka və hərbi təhsil sahəsində əməkdaşlığa diqqət yetirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Azərbaycan  


Bizi "telegram"da izləyin