Aİ XİN rəhbərləri İrana qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı razılığa gəlib

2024/04/1713251702.jpg
Oxunub: 113     19:17     22 Aprel 2024    
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri İrana qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı razılığa gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ Xarici İşlər Şurasının iclasından sonra mətbuat konfransında deyib.

"Biz İrana sanksiyaların genişləndirilməsi ilə bağlı siyasi razılıq əldə etdik", - Borrell bildirib.

Onun sözlərinə görə, İrana qarşı mövcud sanksiyalar raketlər və raket istehsalı, eləcə də Yaxın Şərq və Qırmızı dənizə pilotsuz uçuş aparatlarının və raketlərin tədarükünü də əhatə edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   İran  


Bizi "telegram"da izləyin