Əlcəzair parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

2024/04/whats-1713798849.jpg
Oxunub: 157     18:07     22 Aprel 2024    
Azərbaycanda səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq assambleyasının Milli Müdafiə komissiyasının sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbassetin başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-də Fəxri xiyabana gələrək, Azərbaycanın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə tər çiçəklər düzüb.

Ordu.az xəbər verir ki, sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.

Eyni zamanda, "Əbədi məşəl” abidəsi ziyarət olunub.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Əlcəzair parlamentlerarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Abbaszadə və digər rəsmi şəxslər müşayiət ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Əlcəzair  


Bizi "telegram"da izləyin