Emoməli Rəhmon ilə Devid Kemeron Tacikistan-Britaniya əlaqələrini müzakirə ediblər

2024/04/8097e-1713789952.jpg
Oxunub: 113     16:37     22 Aprel 2024    
Tacikistan Prezidenti Emoməli Rəhmon Mərkəzi Asiya turnesinə Tacikistandan başlayan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronu qəbul edib.

Ordu.az Tacikistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidmətinin bəyanatında qeyd edilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

“Böyük Britaniyanı Qərbi Avropada mühüm tərəfdaş hesab edirik, ölkəmiz Krallıqla çoxşaxəli əlaqələrin inkişafına və möhkəmlənməsinə böyük diqqət yetirir”, - E.Rəhmon vurğulayıb.

D.Kemeron isə iki ölkə arasında çoxşaxəli əlaqələrin nəzərəçarpacaq dərəcədə genişlənməsindən məmnunluğunu ifadə edib.

Görüş zamanı tərəflər iki ölkə arasında siyasi, iqtisadi, ticarət, mədəni-humanitar sahələrdə əlaqələri müzakirə ediblər.

Görüşün mühüm mövzularından biri də parlamentlərarası əlaqələrin genişləndirilməsi olub.

Tərəflər həmçinin “yaşıl enerji” istehsalı və “yaşıl iqtisadiyyat”a keçid istiqamətində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kemeron   Rəhmon  


Bizi "telegram"da izləyin