İrəvanda Aİ-nin nümayəndəliyinin qarşısında etiraz aksiyası keçirilir

2023/09/1695152568.jpg
Oxunub: 177     16:04     22 Aprel 2024    
İrəvanda bir qrup etirazçı Avropa İttifaqının (Aİ) nümayəndəliyi qarşısında aksiya keçirir. Onlar avropalı diplomatlardan xuliqanlıq ittihamı ilə həbs olunan müxalif fəallar və blogerlərin, o cümlədən “İmnemimi” podkastının müəllifləri Narek Samsonyan və Vazgen Saqatelyanın siyasi təqiblərə məruz qaldığına diqqət yetirmələrini tələb edirlər.

Ordu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə etiraz aksiyası zamanı vəkil Arsen Babayan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, indiki hakimiyyət ancaq avropalıların fikirlərinə qulaq asır: “Aİ baş verənlərə göz yummamalıdır”.

O qeyd edib ki, Aİ müxtəlif məsələlərlə bağlı keçmişdə dəfələrlə siyasi bəyanatlar verib: “Bu gün Aİ-nin yenidən reaksiya verməsi və Ermənistanda baş verənləri xarici diplomatlara göstərmək üçün nümayişçilərin toplaşmasına ehtiyac var”.

Xatırladaq ki, müxalif blogerlər martın sonunda podkastda Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına təhqiramiz ifadələr səsləndirdikdən sonra həbs edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Etiraz-aksiyası  


Bizi "telegram"da izləyin