Hindistan Filippinə “BrahMos” supersəs qanadlı raketləri təhvil verib

2024/04/2024--1713772766.jpg
Oxunub: 135     15:45     22 Aprel 2024    
Hindistan iki tərəf arasında 2022-ci ildə imzalanan müqavilə çərçivəsində Filippinə “BrahMos” supersəs qanadlı raketləri təhvil verib.

Ordu.az xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələrinin C-17 tipli hərbi yük təyyarələri ilə daşıdığı “BrahMos” raketləri Filippinə çatıb.

Hindistan, iki ölkə arasında 2022-ci ildə əldə edilən 375 milyon dollarlıq razılaşmaya əsasən, “BrahMos” supersəs qanadlı raketlərinin sahildə lövbər salmış gəmi əleyhinə variantını və 3 raket batareyasını Filippinə təhvil verib.

Bundan əlavə, müqavilə çərçivəsində raketlərə qulluq edəcək şəxslərə texniki təlim veriləcək və inteqrasiyalı logistik dəstək təmin ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Filippin   BrahMos  


Bizi "telegram"da izləyin