SZ dəniz sənayesini də dəyişdirir: İnsansız sualtı platformalar

2024/04/2024--1713772669.jpg
Oxunub: 150     15:20     22 Aprel 2024    
Sənaye əməkdaşlıq meneceri və insansız avtonom sualtı platforma inkişaf etdirmə meneceri Gürkan Gezgin müdafiə sənayesinin gələcəyinə avtonom sistemlərin daxil ediləcəyini və avtonom texnologiyaların dənizçilik sektorunda daha çox istifadə ediləcəyini bildirib.

Ordu.az xəbər verir ki, STM mütəxəssislərinin analizlərinin yer aldığı “STM Rota”da insansız avtonom sualtı plaformalar haqqında məlumat verən Gezgin avtonom ifadəsinin əsasını Süni Zəka (SZ) faktorunun təşkil etdiyini qeyd edib.

O bildirib ki, SZ inkişaf etməyə davam etdikcə, müdafiə sahəsindəki vasitələrdə insan girişi azalacaq.

Gezgin vurğulayıb ki, bu yeniliklər dənizçilik sənayesində də dəyişikliklərə səbəb olub.

Gezgin STM-nin sualtı qayıqların inşası və modernləşdirilməsində aparıcı aktor və oyun qurucusu olduğunu deyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SZ   STM-Rota  


Bizi "telegram"da izləyin