KİV: İki ayda Ermənistanda 617 milyon dollar xaricə pul axını olub

2024/04/1713771303.jpg
Oxunub: 143     17:35     22 Aprel 2024    
Son aylarda Ermənistana pul köçürmələri şəklində vəsait axını davamlı olaraq azalmaqdadır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, bunlar kiçik məbləğlər olmasa da, ayda bir neçə yüz milyon dollara çatsa da, Rusiya-Ukrayna münaqişəsinin əvvəlində və ondan sonrakı ilk il ərzində mövcud olan aktiv axınlar artıq yoxdur.

“Ötən ilin ikinci yarısından etibarən pul köçürmələrinin axını azalır, özü də bu, yüksək templə gedir. Əvəzində kapitalın xaricə axını artır. Kifayət qədər pul ölkədən kommersiya və qeyri-kommersiya axını şəklində çıxır. Çıxan pullar artıb. Əsasən qeyri-kommersiya xarakterli axınlar artıb. Söhbət nə idxalın, nə də ticarətin maliyyələşdirilməsi adı ilə ölkədən kənara çıxan pullardan gedir. Bunlar, tam olmasa da, daha çox Ermənistandan çıxarılan, başqa sözlə, ölkədən təhlükəsizlik və digər məqsədlər üçün başqa ölkələrə köçürülən pullardır. Pullar Ermənistanı ölkədən mühacirət edən və əmlakını çıxaran vətəndaşlar vasitəsilə də tərk edir”, - deyə nəşr bildirib.

Nəşr bildirib ki, iki ayda Ermənistanda 617 milyon dollar xaricə pul axını olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin