KİV: Tavusdakı vəziyyətlə əlaqədar olaraq İrəvan-Tbilisi marşrutu müvəqqəti olaraq dəyişdirilib

2024/04/1713767316.jpg
Oxunub: 273     11:32     22 Aprel 2024    
Tavusdakı vəziyyətlə əlaqədar olaraq İrəvan-Tbilisi marşrutu müvəqqəti olaraq dəyişdirilib.

Ordu.az xəbər verir ki, bu barədə “ArmeniaSputnik” nəşrinə sərnişindaşıma şirkətlərindən birinin nümayəndəsi bildirib.

Nəşr qeyd edib ki, avtomobillər adətən İrəvandan Abovyan-Göyçə-Dilican-İcevan-Noyemberyan marşrutu ilə hərəkət edir, daha sonra Baqrataşen kəndi yaxınlığından Gürcüstan sərhədinə çıxır.

“Lakin indi şirkət marşrutu dəyişərək, sərnişinləri Gürcüstana iki alternativ, Böyük Qarakilsə və Alaverdi marşrutu ilə aparır. Sərhədin demarkasiyasından sonra şirkətin İcevan və Noyemberyandan keçən yoldan imtina etməsi mümkündür”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tavus   İrəvan   Tbilisi  


Bizi "telegram"da izləyin