Pilotlar TULGAR ilə Mifologiyanın Gücünü Hiss Edəcəklər – ARAŞDIRMA (FOTOLAR+VİDEO)

2024/04/2024--1713766059.jpg
Oxunub: 297     16:32     23 Aprel 2024    
“Tulgar” sistemi sabit qanadlı platformalar üçün ASELSAN daxilində dizayn edilmiş visör (kamerada linzanın baxış sahəsini göstərən, görüntünün çərçivəyə salınmasında və fokuslanmasında istifadə edilən cihaz – red.) əks etdirən dəbilqəyə quraşdırılmış ekran sistemidir.

Sistemdə pilotun və təyyarənin imkanları və missiya sahəsi haqqında məlumatlılığını artırmaq üçün rəqəmsal gecə görmə, rəngli ekran və dəqiq baş izləmə texnologiyaları var.

Visör əks etdirən dəbilqəyə quraşdırılmış ekran sistemi aviasiya sahəsində böyük bir transformasiya və irəliləyiş təmin edən, bir çox fərqli qaydaların bir araya gəldiyi və mükəmməl harmoniya içində işlədiyi sistemlərdir. Bu sistemlər pilotların uçuş zamanı ehtiyac duyduqları kritik məlumatı dərhal vizuallaşdırır, uçuş təhlükəsizliyini artırır və pilotlara öz tapşırıqlarına daha asan diqqət yetirməyə imkan verir.


“Tulgar” Dəbilqəyə Quraşdırılmış Ekran Sisteminin əsas məqsədi pilotların situasiya məlumatlılığını artırmaq və ətraflarında baş verənləri daha yaxşı başa düşməyə imkan yaratmaqdır. Bu yolla pilotlar öz vəzifələrini daha effektiv yerinə yetirə bilərlər. Bu sistemlər ilk dəfə təxminən 50 il əvvəl ortaya çıxsa da, bu gün oxşar sistemləri inkişaf etdirə bilən ölkələrin sayı çox məhduddur.

Sistem Alt Bölmələri:

• Baş Bölməsi
• Radioelektron Bölməsi
• Baş İzləmə Modulu


Dəbilqə quraşdırılmış idarəetmə sistemləri ümumiyyətlə üç əsas komponentdən ibarət olur. Bunlar Baş Bölməsi, Radioelektron Bölməsi və baş izləmə sistemidir. Baş Bölməsi əsas uçuş dəbilqəsi funksiyalarını yerinə yetirərkən, Radioelektron Bölməsi uçuş və silah sistemləri haqqında məlumat verir və sensorlardan gələn videoları pilota ötürür. Baş izləmə sistemi isə pilotun nəzər nöqtəsinə yönəlmiş silah və sensor sistemlərinin effektivliyini artırır.

Dəbilqəyə inteqrasiya olunmuş idarəetmə sistemləri aviasiya sənayesindəki texnoloji inkişaflara bir nümunədir və gələcəkdə bu sahədə daha da irəliləyişlər gözlənilir. Bu sistemlər pilotların təhlükəsizliyində və vəzifələrini daha səmərəli yerinə yetirmələrində mühüm rol oynayır.


“Tulgar” Dəbilqəyə Quraşdırılmış Ekran Sistemi Türkiyənin milli müdafiə sənayesinin mühüm layihələrindən biri olaraq inkişaf etdirilir. Xaricdən tədarük edilməsi halında ortaya çıxa biləcək aşağı performanslı məhsulların verilməsi, yeniləmə imkanlarının məhdud olması və ya yüksək qiymətlər tələb edilməsi kimi problemləri önləmək məqsədilə milli olaraq inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) həyata keçirdiyi Milli Döyüş Təyyarəsi layihəsi çərçivəsində “Tulgar” Dəbilqəyə Quraşdırılmış Ekran Sisteminin Türkiyənin ilk yerli döyüş təyyarəsi olan “Kaan”da istifadə edilməsi planlaşdırılır. Pilotlara erqonomik bir həll təklif etmək üçün dəbilqə bölməsi yüngül kompozit materiallardan və istifadəçiyə uyğun olaraq hazırlanmış daxili dəbilqədən ibarətdir. Aktiv və passiv səs-küyü ləğv etmə imkanları ilə platformadan və digər mənbələrdən pilota çatan səs-küyün qarşısı alınır.


Ümumi Xüsusiyyətlər:

• Visör Əks Etdirən Rəngli Ekran
• 40 Dərəcə Baxış Sahəsi İnteqrasiya Edilmiş Rəqəmsal Gecəgörmə
• Hibrid (Ətalətli və Optik) Baş İzləmə İmkanı

Sistem binokulyar və güzgülü visör kimi dizayn edilib, rəngli ekran və rəqəmsal gecəgörmə texnologiyalarını əhatə edəcək. Bu sayədə simvolologiya məlumatlarında rəngə görə xüsusi qruplaşmalar edilə biləcək və pilotların daha effektiv şəkildə məlumat alması təmin ediləcək. Bundan əlavə, hibrid baş izləmə sistemindən istifadə olunacaq və daxili dəbilqə pilotun baş quruluşuna uyğun olaraq xüsusi olaraq hazırlanacaq. Visör, həmçinin oksigen maskası və üz forması ilə uyğunluq baxımından pilot üçün fərdiləşdiriləcək.

Qulaqlıqlarda aktiv səs-küyün qarşısının alınması texnologiyası olacaq və üçölçülü səs stereo olaraq ötürüləcək, bu da pilotun məlumatlılığını artıracaq. Elektro-optik sistemlərdən əldə edilən 360 dərəcə təsvir yüksək dəqiqlikli görmə xətti məlumatı ilə visördə əks olunacaq və pilotlara sanki təyyarənin gövdəsi yoxmuş kimi işləmə hissi verəcək. Bu sayədə pilotların uçuş zamanı vəzifələrini daha rahat və təhlükəsiz şəkildə yerinə yetirmələri hədəflənir.

Sabit qanadlı platformalar üçün uyğun olan “Tulgar” Sistemi davamlı dizaynı sayəsində sərt ekoloji şəraitdə istifadəyə hazırdır.


Ümumi Xüsusiyyətlər

• Yüngül dəbilqə bölməsi
• Rəngli ekran
• Pilotun başına uyğun formalaşdırılmış daxili dəbilqə quruluşu
• Rəqəmsal gecə görmə
• Hibrid baş izləmə sistemi
• Aktiv səs-küy önləmə
• Eynəklə istifadəyə uyğunluq
• 3D səs uyğunluğu
• 40°(Y)-32°(D) baxış sahəsi


İnterfeyslər

• ARINC-818-2 Video İnterfeysi
• “Display Port” Rəqəmsal Video I/O İnterfeysi
• Seriyalı İnterfeyslər (RS-232/RS-485/RS-422)
• Fərdi I/O İnterfeysi
• MIL-STD-1553 İnterfeysi

Fiziki Xüsusiyyətlər

• Baş Bölməsinin Çəkisi: < 2,1 kq (oksigen maskası daxil olmaqla)
• Radioelektron Bölməsinin Çəkisi: < 5 kq


Texniki Xüsusiyyətlər

• Enerji Daxil Olması: 28 VDC (Nominal)
• Enerji Sərfi: 140 W (Nominal)/190 W (Maksimum)


Ətraf Mühit Şəraitləri

• İşləmə Temperaturu (Radioelektron Bölməsi): -40°C/+70°C (Ventilyasiya Soyutmalı), -55°C/+95°C (İqlimləşdirilmiş Hava Soyutmalı)
• Saxlama Temperaturu (Radioelektron Bölməsi): -55°C / +95°C

Kvalifikasiyalar

• MIL-STD-810G W/”Change 1”
• MIL-STD-461G
• MIL-STD-1472G
• DO-254
• DO-178C


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pilot   TULGAR   ASELSAN  


Bizi "telegram"da izləyin