Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

2022/03/78979-1647532629.jpg
Oxunub: 129     15:08     20 Aprel 2024    
Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.

Ordu.az xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” Partiyasının sədri İrakli Qaribaşvili bildirib.

“Əgər bizə desələr ki, sabah Avropa İttifaqına üzv olacağıq, o zaman qanun çox asanlıqla ləğv edilə, yenidən işlənib hazırlana və ya yenisi qəbul edilə bilər”, - İrakli Qaribaşvili deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaribaşvili   Gürcüstan  


Bizi "telegram"da izləyin