İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib

2024/04/66237-1713601756.jpg
Oxunub: 124     12:11     20 Aprel 2024    
İsveçin xarici işlər naziri Tobias Billström Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya prosesi istiqamətində atılan ilk addımı müsbət qiymətləndirib.

Ordu.az xəbər verir ki, İsveçin XİN rəhbəri bu barədə "X" hesabında paylaşım edib.

"Bu, Azərbaycan, Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün çox yaxşı xəbərdir. Bu müsbət inkişafdan biz regionun iqtisadi inkişafı, infrastrukturu və artımı şəklində əhəmiyyətli irəliləyişlərin gələciyini görə bilərik. İsveç bu məqsədə tam sadiqdir", - XİN rəhbəri qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin