ABŞ rəsmiləri: İsrail İranı vurdu, bu, bölgəni daha dərin bir münaqişəyə sürükləmək riski yaradır

2024/04/GLf4M-1713599321.jpg
Oxunub: 101     14:32     20 Aprel 2024    
ABŞ mətbuatına danışan iki rəsmi İsrailin İran daxilində hücum təşkil etdiyini və bunun bölgəni daha dərin bir münaqişəyə sürükləmək riski daşıdığını bildirib.

Ordu.az xəbər verir ki, İran mediası İsfahan şəhəri yaxınlığında partlayış səsinin eşidildiyini qeyd edib.

İranın yarımrəsmi “Fars” xəbər agentliyinin məlumatına görə, cümə günü səhər tezdən İranın İsfahan şəhərinin şimal-qərbində partlayış səsi eşidilib.

Digər yüksək rütbəli ABŞ rəsmisi də bildirib ki, İsrailin cümə günü (yerli vaxtla) hücumundan əvvəl ABŞ-nin gözləntiləri mülki əhalinin və ya nüvə obyektlərinin hədəf alınmayacağı olub. İsfahan əyalətində böyük aviabaza, əhəmiyyətli raket istehsalı kompleksi və bir neçə nüvə obyekti var.

NYT-yə danışan üç İran rəsmisi İsrailin hücumunun İranın mərkəzindəki İsfahan şəhəri yaxınlığındakı hərbi aviabazaya yönəldiyini təsdiqləyib və hücumun İran Hərbi Hava Qüvvələrinin 8-ci Taktiki Aviabazasını hədəf aldığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   ABŞ  


Bizi "telegram"da izləyin