Erməni ekspert: “İrəvan anti-İran sanksiyaları sahəsinə yerləşməyə çalışır”

2024/04/1713599228.jpg
Oxunub: 138     15:07     20 Aprel 2024    
“Hökumətin qərarı ilə “Enerqaimpeks” QSC ləğv edilir. Görünür, cari inzibati qərarla üzləşirik. Ancaq bu, yalnız ilk baxışdan belədir”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, professor, enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan öz “Telegram” kanalında yazıb.

“Enerqaimpeks” 2016-cı ildə Ermənistan-İran enerji əlaqələrini institusional səviyyədə daha da inkişaf etdirmək üçün yaradılmış dövlət şirkətidir. Xüsusilə şirkət əməkdaşlığın dərinləşdirilməsi və həcmlərin davamlı artırılması istiqamətində Ermənistan-İran “qaz üçün elektrik” barter əməliyyatı çərçivəsində iş həyata keçirməli idi. Əslində, “Enerqaimpeks”in ləğvi mühüm geosiyasi və geoiqtisadi əhəmiyyətə malikdir”, - deyə Davtyan qeyd edib.

O bildirib ki, İrəvan anqlosakson şeflərinə İranla iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə azaltmağa hazır olduqlarını nümayiş etdirərək, anti-İran sanksiyaları sahəsinə yerləşməyə çalışır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Anti-İran  


Bizi "telegram"da izləyin