Erməni ekspert: “Azərbaycan Ermənistanı strateji dərinlikdən məhrum edib”

2024/04/1713598904.jpg
Oxunub: 243     12:47     20 Aprel 2024    
“Əslində bu, kapitulyasiya siyasətinin davamıdır”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, professor, enerji təhlükəsizliyi üzrə erməni ekspert Vahe Davtyan deyib.

Onun sözlərinə görə, bir çox strateji yüksəkliklərdə üstün mövqe tutmuş Azərbaycan bu gün ərazidə qalmaq imkanı əldə edib, nəhayət, Ermənistanı strateji dərinlikdən məhrum edib.

“Maraqlıdır ki, dövlətlərarası sərhəddə ordunun deyil, sərhədçilərin yerləşdirilməsindən söhbət gedir. Bu, artıq Bakının uzunmüddətli məqsədlərindən xəbər verir”, - deyə Davtyan qeyd edib.

Davtyan bildirib ki, Ermənistan əslində anklav-dövlətə çevrilə bilər, Ermənistan ətrafında halqa daralır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin