“Əsas risk regionda rəqabətin güclənməsidir, çünki regionda bir-birinə düşmən ölkələrlə yanaşı NATO-nun da varlığı artır” - Lukyanov

2024/04/1713598807.jpg
Oxunub: 143     12:35     20 Aprel 2024    
“Rusiya xarici işlər naziri NATO-ya üzv olan digər dövlətlərin də missiyaya qoşulacağını qeyd edirsə, bu o deməkdir ki, belə məlumatlar var, Qərbin baxışı və missiyanın üzləşdiyi problemlər haqqında təxmini fikir var”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Fyodor Lukyanov deyib.

Onun sözlərinə görə, Aİ-nin mülki müşahidəçiləri təbii olaraq başqa şeydir, onun tərkibinin genişləndirilməsi, iştirakçı ölkələrin siyahısı və daha çox NATO-ya üzv ölkələrdən müşahidəçilərin cəlb olunması isə tamamilə fərqli vəziyyətdir, çünki Rusiya və İran NATO ilə düşmən münasibətlərinə sahibdir.

“Təbii ki, bu, sadəcə avropalı müşahidəçilərin mövcudluğundan daha problemli statusdur. Gördüyümüz kimi, nə İran, nə də Rusiya bunu münasibətlərdə ciddi problemə çevirməyə çalışmır, ancaq Rusiya indidən məsələni gündəmə gətirir, diqqəti buna yönəldir”, - deyə Lukyanov qeyd edib.

Lukyanov bildirib ki, əsas risk regionda rəqabətin güclənməsidir, çünki regionda bir-birinə düşmən ölkələrlə yanaşı NATO-nun da varlığı artır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   NATO   İran  


Bizi "telegram"da izləyin