“Past”: Paşinyan təhlükəsizlik şurasının qapalı məxfi iclasını çağırıb və bu barədə hətta rəsmi açıqlama da yayılmayıb

2024/04/timth-1713598149.jpg
Oxunub: 147     11:49     20 Aprel 2024    
Məlumata görə, ötən gün Nikol Paşinyan təhlükəsizlik şurasının qapalı məxfi iclasını çağırıb və bu barədə hətta rəsmi açıqlama da yayılmayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin Ermənistan hökumətindəki mənbəsinin bildirdiyinə görə, əsas müzakirə mövzusu Tavus vilayətindəki (işğal altında olan – red.) ərazilərin təhvil verilməsi prosesi olub.

“Xüsusilə, təhvil-təslim işinin necə təşkil edilməsi, alternativ kommunikasiyaların, o cümlədən yolların, qaz kəmərlərinin, elektrik xətlərinin və s.-in ötürülməsinin necə təmin edilməsi ətraflı müzakirə olunub. Bu özlüyündə əlamətdardır, çünki Nikol Paşinyan Voskepar (Əskipara) sakinləri ilə görüşü zamanı, iştirakçıların sözlərinə görə, İlham Əliyevlə Voskepardan keçən dövlətlərarası yolun Ermənistanın nəzarətində qalacağına dair şifahi razılaşmanın olduğunu deyib. Yəni azərbaycanlılar “çayın bu tərəfini” keçməyəcəklər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tavus   Paşinyan  


Bizi "telegram"da izləyin