“Tavusdakı kəndlərin təhvil verilməsi 10 noyabr 2020-ci il tarixli üçtərəfli sənədin nəticəsidir” - Hakobyan

2022/09/1662035689.jpg
Oxunub: 220     11:40     20 Aprel 2024    
“Tavusdakı kəndlərin təhvil verilməsi 10 noyabr 2020-ci il tarixli üçtərəfli sənədin nəticəsidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Hakobyan deyib.

“Cənab Hakopyan, Tavuşda demarkasiya ilə bağlı ötən gün verilən rəsmi bəyanatlarla tanışsınızmı?” sualına Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi belə cavab verib: “Mən o bəyanatı görməmişəm. Yorulmuşam. Hər şeyi demişəm, sizə açıqlamamda da bir neçə dəfə demişəm, 10 noyabr sənədinə baxın, orada hər şey yazılıb, bir-bir yerinə yetiriləcək”.

“Yəni Tavusda baş verənlər həm də 10 noyabr sənədindən qaynaqlanır?” sualına cavab olaraq Hakobyan bildirib: “Bəli, 2 il əvvəl dediklərim keçərlidir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tavus   Ermənistan  


Bizi "telegram"da izləyin