“Bayraktar Akıncı” növbəti sınağını müvəffəqiyyətlə başa vurub

2024/04/1713594571.jpg
Oxunub: 144     10:19     20 Aprel 2024    
“Baykar Teknoloji” tərəfindən hazırlanan yüksək hündürlükdə uzun müddət uça bilmə sinfinə məxsus zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) “Bayraktar Akıncı” növbəti sınağını müvəffəqiyyətlə başa vurub.

Ordu.az xəbər verir ki, sınaqda ROKETSAN tərəfindən hazırlanan 2 ədəd “Teber” Tuşlama Dəsti “Akıncı” PUA-sından buraxılıb və təyin olunmuş hədəfi müvəffəqiyyətlə vurduğu bildirilib.

“Baykar” baş direktoru Haluk Bayraktar sınaq atışı ilə bağlı “X”də etdiyi paylaşımda qeyd edib:

“Bayraktar Akıncı” milli sursatlarla uğurlu atış sınaqlarını davam etdirir. 2 ədəd “Teber” Tuşlama Dəsti Atış Sınağı tam dəqiqliklə tamamlandı. Bu günə qədər 17 fərqli Milli Ağıllı Sursat “Bayraktar Akıncı” platformasına uğurla inteqrasiya edilib və sınaqdan keçirilib. Dayanmaq yoxdur…”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-Akıncı   Sınaq  


Bizi "telegram"da izləyin