“Dearsan” tərəfindən inşa edilən Nigeriyanın ikinci Dəniz Patrul Gəmisi suya buraxılıb

2024/04/Nijer-1713592243.jpg
Oxunub: 114     14:29     20 Aprel 2024    
Türkiyəli iş adamı Əziz Yıldırımın gəmiqayırma zavodu olan “Dearsan” tərəfindən inşa edilən Nigeriyanın ikinci Dəniz Patrul Gəmisi (OPV) mərasimlə suya buraxılıb.

Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesi dənizçilik sahəsində ixrac uğurlarını davam etdirir.

Nigeriya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa ediləcək ilk 76 metrlik Dəniz Patrul Gəmisi 2023-cü il oktyabrın 26-da suya buraxılıb.

Aprelin 19da keçirilən mərasimdə ikinci və sonuncu gəmi suya buraxılıb.

Mərasimdə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Nigeriyanın birinci xanımı xanım Remi Tinubu, Nigeriyanın müdafiə naziri Bello Muhammed Matavalle və Nigeriya HDQ komandanı vitse-admiral Emmanuel Oqalla iştirak edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dearsan   Nigeriya  


Bizi "telegram"da izləyin