Avstraliya yeni sualtı insansız döyüş platforması “Ghost Shark”ın ilk prototipini təqdim edib

2024/04/1713592146.jpg
Oxunub: 157     14:09     20 Aprel 2024    
Avstraliya Kral Hərbi Dəniz Qüvvələri (HDQ) Avstraliya Müdafiə Elm və Texnologiya Qrupu (DSTG) ilə əməkdaşlıq çərçivəsində yeni sualtı insansız döyüş platformasının ilk prototipini nümayiş etdirib.

Ordu.az xəbər verir ki, “Ghost Shark” adlanan yeni layihə Avstraliya Kral HDQ, Avstraliyada yerləşən müdafiə sənayesi istehsalçısı “Anduril Industries” və Avstraliya Müdafiə Elm və Texnologiya Qrupu tərəfindən birgə həyata keçirilən layihəyə uyğun olaraq hazırlanır.

Planlaşdırılandan əvvəl və büdcə çərçivəsində həyata keçirilən “Ghost Shark” proqramı Avstraliyanın sualtı hərbi fəaliyyətində ən mühüm layihələrdən biri hesab olunur.

140 milyon dollarlıq birgə inkişaf müqaviləsi olan təşəbbüs cəmi üç il ərzində üç “ekstra böyük” avtonom sualtı platformanı (XL-AUV) layihələndirmək və qurmaq məqsədi daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Ghost-Shark  


Bizi "telegram"da izləyin