İran hərbi paradda yeni uzun mənzilli HHM sistemini nümayiş etdirib

2024/04/1713592033.jpg
Oxunub: 261     13:43     20 Aprel 2024    
İran hərbi paradda Pilotsuz Uçuş Aparatları (PUA) və uzun mənzilli ballistik raketlər də daxil olmaqla, bir sıra hərbi məhsullarını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, İsrailə hərbi hücumdan sonra İran genişmiqyaslı hərbi parad keçirərək, yeni uzun mənzilli ballistik raketlərini və PUA-larını nümayiş etdirib.

“Tasnim News”da yer alan məlumata görə, nümayiş olunan silahlar arasında “Bawar-373” adlı yeni inkişaf etdirilən uzun mənzilli Hava Hücumundan Müdafiə (HHM) sistemi də var.

Məlumata görə, təkmilləşdirilmiş bu “yer-hava” raket sistemi 300 kilometrdən çox məsafədə hava hədəflərini, o cümlədən qısa mənzilli ballistik raketləri vurmaq qabiliyyətinə malikdir.

Modernləşdirilmiş kompleksə bərk yanacaqla işləyən “yer-hava” tipli “Sayyad 4B” raketinin önləmə qabiliyyətini artıran ən son yeniləməsi də daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hərbi-parad  


Bizi "telegram"da izləyin