Rusiya ilin sonuna kimi 300 min müqaviləli hərbi qulluqçunu cəlb etməyi planlaşdırır - HESABAT

2024/04/1713591919.jpg
Oxunub: 151     13:43     20 Aprel 2024    
“Bloomberg”in kəşfiyyat mənbələrinə əsaslanan hesabatına görə, Rusiya 2024-cü ilin sonuna qədər 300 min müqaviləli peşəkar hərbi qulluqçunu ordusuna əlavə etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, “Bloomberg”in kəşfiyyat mənbələrinə əsaslanan hesabatına görə, Rusiya bu yaz 150 min Rusiya vətəndaşını standart hərbi xidmətə cəlb edəcək.

“Bloomberg”ə danışan hərbi analitik Pavel Luzin bildirib ki, Rusiya qanunları bu əsgərlərin 4 aylıq hərbi xidmətdən sonra döyüş meydanına göndərilməsinə icazə verir.

Lakin bu qərar Putinin çağırışçıların döyüş bölgəsinə göndərilməyəcəyi ilə bağlı dəfələrlə açıq vədlərinin pozulması deməkdir və buna görə də Rusiya yeni tədbirlər görməyə hazırlaşır.

Hesabata görə, ordu rəsmiləri buna görə də əsgərləri standart təlimdən sonra peşəkar müqavilələrə keçməyə məcbur edəcəklər.

“Bloomberg”in hesabatına görə, Rusiyanın 2024-cü ilin sonuna qədər təxminən 300 min nəfəri orduya cəlb etməyi və bu insanları peşəkar şəkildə orduya əlavə etməyi planlaşdırdığı bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Hərbi-xidmət  


Bizi "telegram"da izləyin