“Əgər ölkə başçısının asılqanların keyfiyyətini yoxlamağa vaxtı varsa, qoy raketləri “yoxlamaq” üçün də vaxt tapsın” - Tonoyan

2022/01/Untit-1641377288.jpg
Oxunub: 121     10:47     20 Aprel 2024    
“Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Vahe Dolmazyan 2 il 7 ay əsassız və qeyri-qanuni həbsdə qalmağımdan sonra müdafiə qrupunun mənə qarşı həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı təqdim etdiyi vəsatəti yenidən rədd edib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan öz bəyanatında bildirib.

“İddia ərizəsinin təqdim edilməsi onunla əlaqədar olub ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində baxılan və “raketlər işi” kimi ictimaiyyətə təqdim edilən cinayət işi üzrə növbəti məhkəmə prosesi 04.09.2024-cü il tarixində başa çatıb və məhkəmə prosesin başa çatdığını elan edib. Ekspertiza zamanı hakim ittiham aktımda qeyd olunan bütün raketlərin yoxlanılması mövqeyinə məhəl qoymayıb”, - deyə o qeyd edib.

Tonoyan bildirib ki, əgər ölkə başçısının asılqanların keyfiyyətini yoxlamağa vaxtı varsa, qoy raketləri “yoxlamaq” üçün də vaxt tapsın.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Korrupsiya  


Bizi "telegram"da izləyin