Erməni ekspert: “Azərbaycan faktiki olaraq məcbur edib ki, sərhədi ordumuz yox, sərhədçilərimiz saxlasın”

2024/04/1713591666.jpg
Oxunub: 171     10:20     20 Aprel 2024    
“Azərbaycan faktiki olaraq məcbur edib ki, sərhədi ordumuz yox, sərhədçilərimiz saxlasın”.

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Varujan Geğamyan “Telegram” kanalında yazıb.

“Bu, çox pisdir, çünki bizim sərhədçi qüvvələrimizdən fərqli olaraq, Azərbaycanın Sərhəd Qoşunları mahiyyətcə ordunun tamhüquqlu döyüş bölməsidir, sadəcə mühafizəçi deyil. Razılaşıblar ki, tərəflər sərhədin razılaşdırılmış hissələrində sərhəd mühafizə xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə hökumətlərinə müraciət edəcəklər”, - deyə Geğamyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Sərhəd  


Bizi "telegram"da izləyin