Milli Dəniz Topu TCG “Akhisar”a inteqrasiya edilb və sınaqlara hazır vəziyyətə gətirilib

2024/04/1713589395.jpg
Oxunub: 113     12:32     20 Aprel 2024    
“İstanbul” Gəmiqayırma Zavodu Komandanlığı ilə “Makine ve Kimya Endüstrisi Anonim Şirketi” (MKE AŞ) tərəfindən hazırlanan 76/62 mm-lik Milli Dəniz Topu TCG “Akhisar” (P-1220) Dəniz Patrul Gəmisinə inteqrasiya edilib, liman və dəniz sınaqlarına hazır vəziyyətə gətirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk həftəlik mətbuat konfransında mətbuat mənsublarına açıqlamasında bildirib.

Kontr-admiral Zeki Aktürk bildirib ki, 76/62 millimetrlik Milli Dəniz Topunun ilk bölməsi TCG “Akhisar” gəmisinə quraşdırılıb və həm liman, həm də dəniz sınaqlarına hazır vəziyyətə gətirilib.

Türkiyənin dəniz potensialının artırılması üçün həyata keçirilən layihələrdən biri olan Milli Dəniz Topu MKE tərəfindən yerliləşdirilib və Türkiyə Silahlı Qüvvələrinin inventarına əlavə edilib.

Türkiyə bu topun istehsalına başladıqdan sonra dünyada yerli və milli dəniz topları istehsal edə bilən səkkizinci ölkə olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TCG   Akhisar  


Bizi "telegram"da izləyin