“Aster 15” raketlərinin mənzili iki dəfə artır

2024/04/1713589194.jpg
Oxunub: 181     11:51     20 Aprel 2024    
MBDA “Aster 15 EC” yeniləməsi ilə “Aster 15” “yer-hava” raketlərinin mənzilini iki dəfə artırmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, MBDA orijinal “Aster 15” “yer-hava” raketinin yeni versiyası olan “Aster 15 EC”ni təqdim etməyə hazırlaşır.

Bu kontekstdə şirkət raketin mənzilinin iki dəfə artırılacağını bildirir.

“Aster 15 EC” raketinin inkişaf etdirilməsi Fransa-İtaliya əməkdaşlığı nəticəsində yaranan 4 ədəd “Horizon” sinfinə məxsus hava hücumundan müdafiə freqatlarının modernləşdirilməsi təşəbbüsünün mühüm tərkib hissəsi olacaq.

Bu modernləşdirmə səyinə hədəf aşkarlama və nişanalma imkanlarını artıran daha yeni radar və döyüş sistemlərinin təkmilləşdirilməsi də daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MBDA   Aster-15EC  


Bizi "telegram"da izləyin