“Juan Carlos I” amfibiya hücum gəmisi İstanbula gəlib

2024/04/1713589086.jpg
Oxunub: 119     11:39     20 Aprel 2024    
İspaniya Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus “Juan Carlos I” (L 61) amfibiya hücum gəmisi İstanbula gəlib.

Ordu.az xəbər verir ki, bu çərçivədə ötən günlərdə Dardanel boğazından keçən gəmi Sirkecidə lövbər salıb.

Qeyd edək ki, “Juan Carlos” 6 fevral zəlzələsindən sonra Hataya gəlib. “Juan Carlos I” İspaniya HDQ-də (Armada Española) xidmət edən çoxməqsədli amfibiya hücum gəmisidir.

Bir çox aviadaşıyıcı gəmilərə bənzər rola malik olan gəmidə STOVL əməliyyatları üçün xizəklə tullanma (Ski-jump) sahəsi var. Bu çərçivədə gəmidə AV-8B “Harrier II” döyüş təyyarələri var. Gəmi öz adını keçmiş İspaniya kralı I Xuan Karlos de Burbondan götürüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   İstanbul   HDQ  


Bizi "telegram"da izləyin