ASFAT səkkizinci ASBOT tədarükünü həyata keçirib

2024/04/asbot-1713588974.jpg
Oxunub: 100     11:19     20 Aprel 2024    
Türkiyə Milli Müdafiə Nazirliyinə tabe olan ASFAT yeni ASBOT-un Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dəniz İşləri Baş İdarəsinə təhvil verilməsini başa çatdırıb.

Ordu.az xəbər verir ki, ASFAT tərəfindən Dəniz İşləri Baş İdarəsi ilə həyata keçirilən “8 Ədəd Liman Nəzarəti Layihəsi” çərçivəsində yerli və milli ictimai asayiş və təhlükəsizlik gəmisinin sonuncusu ASBOT aprelin 4-də təhvil verilib.

Bu tədarüklə bütün layihə uğurla tamamlanıb. Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk iclasda ASBOT-un son təhvil verilməsi ilə bağlı açıqlama verib.

“Nazirliyimizə tabe olan ASFAT ilə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi arasında imzalanmış “8 Ədəd Liman Nəzarəti Layihəsi” çərçivəsində yerli və milli ictimai asayiş və təhlükəsizlik gəmisinin sonuncusu ASBOT aprelin 4-də təhvil verilib”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASFAT   ASBOT  


Bizi "telegram"da izləyin