Argentina Danimarkadan 24 ədəd F-16A/B MLU döyüş təyyarəsinin alınmasını təsdiqləyib

2024/04/1713588877.jpg
Oxunub: 138     10:57     20 Aprel 2024    
Argentina Danimarkadan 300 milyon dollara 24 ədəd F-16A/B MLU döyüş təyyarəsinin alınmasını təsdiqləyib.

Ordu.az xəbər verir ki, Argentina hökuməti aprelin 16-da Danimarkadan öz hava qüvvələri üçün təxminən 300 milyon dollara 24 ədəd F-16 döyüş təyyarəsi almağa dair müqavilə imzaladığını açıqlayıb.

Prezident Xavyer Milei və müdafiə naziri Luis Petri rəsmi “X” hesablarından bir video ilə satınalmaları elan ediblər.

Nazir Petri Danimarkanın paytaxtı Kopenhagendən verdiyi açıqlamada deyib: “Bu yeni təyyarələrlə müdafiə siyasətimizdə çox mühüm bir addım atırıq. Argentinalılar, bu gündən etibarən yenidən bizi qorumaq üçün cənnətdən gələn güclərə sahibik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Argentina   Danimarka  


Bizi "telegram"da izləyin