Türkiyə MSK-dən 40 ədəd “Hürkuş-B” sifarişi: 2025-ci ilin may ayı üçün inventar

2024/04/HURKU-1713588534.jpg
Oxunub: 192     09:55     20 Aprel 2024    
Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) Nuri Demirağ Salonunda ölkənin milli müdafiə naziri Yaşar Gülər və daxili işlər naziri Əli Yerlikayanın iştirakı ilə “İnsanlı Hava Platformaları İmza Mərasimi” keçirilib.

Ordu.az xəbər verir ki, Türkiyə MSK sədri Haluk Görgün burada etdiyi çıxışda müdafiə sənayesinin keçmişindən əldə etdiyi bilik və təcrübəni birləşdirərək, cəsarətli və qətiyyətli addımlar atması nəticəsində mühüm səviyyəyə çatdığını söyləyib.

“Hürkuş-A”nın EASA CS-23 standartlarını əldə etməklə, beynəlxalq standartlarda uğurunu sübut etdiyini bildirən Görgün aşağıdakı məlumatları paylaşıb:

“15 “Hürkuş” təyyarəsinin seriyalı istehsalı üçün “Hürkuş-B” Yeni Nəsil Əsas Təlim Təyyarəsi Layihə Müqaviləsi 2013-cü il dekabrın 26-da imzalanıb. Sözügedən layihə üçün istehsal və montaj işləri davam edir. İlk “Hürkuş-B” təyyarəsini 2025-ci ilin mayında, 15-ci təyyarəni isə 2025-ci ilin sentyabrında Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının inventarına daxil etməyi planlaşdırırıq. HHQ Komandanlığımızın inkişaf edən ehtiyaclarına uyğun olaraq uçuş təlimi fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək üçün daha 40 ədəd “Hürkuş-B”nin tədarükü ilə bağlı müqaviləmizi bu gün imzalayırıq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSK   Hürkuş-B  


Bizi "telegram"da izləyin