Paris Ermənistanı nəyin qarşılığında “satacaq”? Əslində səfir nə üçün geri çağırılıb? (ANALİZ)

2024/04/1713518376.jpg
Oxunub: 555     19:01     19 Aprel 2024    
Ötən gün, Fransa Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayonu məsləhətləşmələr üçün Parisə dəvət etdi. Görünür, bu, daha əvvəl baş verib, çünki Fransa Xarici İşlər Nazirliyi artıq Prezident Makronun səfiri qəbul etdiyini bildirib. Rəsmi açıqlamaya görə, guya “Azərbaycanın hərəkətləri ikitərəfli münasibətlərə xələl gətirdiyi” üçün səfir məsləhətləşmələrə dəvət edilib.

Buna qədər isə Bakı Fransa diplomatik missiyasının bir neçə əməkdaşını yanlış fəaliyyətlərinə görə “persona non grata” elan edərək ölkədən çıxarıb, Paris Azərbaycan səfirliyinin əməkdaşlarını ölkədən çıxarmaqla, cavab addımı atıb. İkitərəfli gərginlik əslində yeni səviyyəyə yüksəlir, Paris Bakıdakı səfirini geri çağırır. O, Fransada nə qədər qalacaq və Azərbaycan da Parisdən səfirini geri çağıracaq?

Əslində Azərbaycanın Fransa ilə münasibətləri ötən ildən, Makronun Ermənistan-Azərbaycan danışıqlarında qərəzli mövqe tutmasından, separatçılarla bağlı açıq-aşkar aparılan təbliğatdan və nəhayətində Ermənistana silah tədarük etməsindən sonra gərginləşib. Üstəlik, dekabrda Bakıda casusluq fəaliyyəti ilə məşğul olan Fransa vətəndaşı saxlanılıb və onun Fransa xarici kəşfiyyatının rezidenti olduğu müəyyən edilib. Ötən ay isə Bakıda daha bir fransız stateji obyekdə qanunsuz daxil olduğuna görə həbs edilib. Fransanın Arayik-Ruben cütlüyündən istifadəsi yekunlaşdırqdan sonra Şahramanyanı işə salması “proses”in rəsmi Paris üçün hələ də davam etməsinin göstəricisidir. Nəticədə, Azərbaycan Milli Məclisində Korsikanın müstəqilliyini dəstəkləyən deputat qrupu yaradıldı. Habelə Fransanın Yeni Kaledoniya hərəkatının liderləri ilin əvvəlindən ən azı iki dəfə Bakıya dəvət olundu.

Lakin sadalanan şeylər, görünür, Fransa-Azərbaycan münasibətlərindəki “aysberqin görünən tərəfi”dir. Nə qədər dərin ziddiyyətlər olduğunu yalnız təxmin etmək olar. Fransa səfirinin Bakıya nə vaxt və hansı əlavə göstərişlə qayıdacağı məlum deyil. Rəsmi Bakının Parisdəki səfirini məsləhətləşmələr üçün Bakıya dəvət edib-etmədiyi barədə də məlumat yoxdur.

Fransa Azərbaycanla münasibətlərdə yeni gərginliyə gedəcəkmi? Səfirin məsləhətləşmələrə dəvət edilməsi hələ diplomatik böhran deyil, lakin bu, iki ölkə arasında münasibətlərin qapalı müzakirə rejimindən kənarda olduğunun göstəricisidir. Təbii ki, hər şey Fransanın Ermənistana münasibəti ilə bağlıdır və belə görünür ki, Fransa tərəfi bununla bağlı vəziyyətin ictimaiyyətə açıqlanmasına da qarşı deyil.

İlin əvvəlində Fransanın Ermənistana “Bastion” zirehli avtomobillərini və radar sistemini göndərməsi buna nümunədir. Siyasi mənada Azərbaycan son dərəcə vacib bir məsələ qaldırır, yəni Ermənistanın yenidən silahlanmaq hüququ yoxdur. Niyə? Çünki yenidən silahlanan Ermənistan revanşa əl atacaq ki, bu da regionda geri dönüşü olmayan böhran yaradacaq.

Bu baxımdan, rəsmi Bakı doğru olaraq bütün tərəfləri inandırmağa çalışır ki, Azərbaycan Ermənistanın təhlükəsizliyinin qarantıdır, lakin bir şərtlə ki, İrəvan sülhün bütün şərtlərinə əməl etsin.

Əslində Bakı İrəvana ötən əsrin əvvəllərindəki səhvləri təkrarlamamağı, Qərbə inanmamağı tövsiyə edir. Heç kim əminliklə deyə bilməz ki, sabah Fransa və Azərbaycan münasibətləri düzəlməyəcək və ya Ermənistan-Rusiya münasibətlərindəki pozğunluq aradan qaldırılmayacaq. Yəni bir perspektivə can atmaq və ya digərini istisna etmək üçün ilk növbədə daxili, orta-statistik konsensus olmalıdır: nə Makron Azərbaycana, nə də Putin Ermənistana müharibə elan edəcək.

Putin və ya Makron üçün Ermənistan ilk növbədə daxili “landşaft”la maraq təqdim edir. Bu baxımdan, Paris Ermənistanın kapitulyasiyaya məruz qalmış vəziyyətindən çıxarılması üzərində manipulyasiya ilə məşğuldur. Bunun ona nə dərəcədə sərfəli və ya niyə sərfəli olduğunu daha yaxşı Yelisey Sarayında bilirlər.

Rəsmi Bakı bir neçə həftə əvvəl Fransanın Qafqazın liderliyini Azərbaycanla mübahisə etdiyini açıqlamışdı. Əslində Paris Qafqazda Azərbaycanla münasibətləri öyrənmək səviyyəsinə daxil olur, Ermənistanı isə daha geniş siyasətinə alət edir. Ehtimal etmək olar ki, başa verənlər Paris tərəfindən ziddiyyətləri “paketləmək” barədə hiylədir. Fransa nə gözləyir? Mərkəzi Asiya ölkələri ilə əlaqə üçün icazə?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fransa   Azərbaycan  


Bizi "telegram"da izləyin