Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

2024/04/1713514902.jpg
Oxunub: 79     12:21     19 Aprel 2024    
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

“Qırğızıstan Prezidenti ilə məhdud tərkibdə danışıqlar apardıq, münasibətlərin genişləndirilməsinə sadiq olduğumuzu təsdiqlədik”, - Kasım-Jomart Tokayev qeyd edib.

O sənədin Qazaxıstan-Qırğızıstan əlaqələrinin inkişafına yeni təkan verəcəyini vurğulayıb.

S.Japarov isə bildirib ki, danışıqlar strateji tərəfdaşlıq ruhunda keçib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırğızıstan   Qazaxıstan  


Bizi "telegram"da izləyin