Manukyandan Zatulinə: “Rusiyanın 2020-ci ildən bu yana apardığı davranışlar müttəfiq anlayışlarına uyğun gəlmir”

2024/03/16074-1709276483.jpg
Oxunub: 146     12:10     19 Aprel 2024    
Ermənistanın keçmiş Baş naziri Vazgen Manukyan öz “Facebook” səhifəsində Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulinə açıq məktub yazıb.

Ordu.az xəbər verir ki, Manukyan məktubunda qeyd edib:

“Hörmətli Konstantin Feodori. Rusiya silahlı qüvvələrinin Qarabağdan çıxarılması son nöqtəni “i”nin üzərinə qoyur.

Hətta Rusiyanın Ukrayna ilə problemlərini, Ermənistan liderinin qeyri-adekvat insan olduğunu nəzərə alsaq belə, Rusiyanın 2020-ci ildən bu yana apardığı davranışlar, məncə, müttəfiq anlayışlarına uyğun gəlmir.

Ukraynadakı döyüşün necə bitməsindən asılı olmayaraq, Rusiya artıq burada sizin üçün daha əhəmiyyətli müharibəni uduzub, bütün dünya xalqlarına ittifaqınızın “etibarlılığını” göstərib, türkçülük hərəkatına yol açıb, ruhlandırıb, bu, həm bizim, həm də Rusiya üçün itkidir.

İlk domino artıq düşüb. Mən ölkənizin əsl vətənpərvəri və Qarabağda baş verənlərin bütün nəticələrini anlayan Ermənistanın sadiq dostu kimi sizə ürəyimdəki ağrı ilə yazıram”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Müttəfiq  


Bizi "telegram"da izləyin