ABŞ institutu: Rusiya yaxın gələcəkdə ciddi irəliləyişə nail ola bilər

2024/04/1713504050.jpg
Oxunub: 150     09:12     19 Aprel 2024    
Rusiya yaxın gələcəkdə ciddi irəliləyişə nail ola bilər.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Qeyd olunub ki, bu, ABŞ-nin Ukraynaya dəstək səviyyəsindən asılıdır: “ABŞ-nin yardımı dayandırması nəticəsində Ukrayna artilleriya və hava hücumundan müdafiə çatışmazlıqları ilə üzləşir. Bu, Rusiya qüvvələrinə marjinal taktiki irəliləyişlər əldə etməyə imkan verir. ABŞ yardımı bərpa etməsə, Rusiya gələcəkdə daha ciddi uğurlar qazana bilər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl deyib ki, ABŞ-nin dəstəyi olmadan Kiyev müharibədə qalib gələ bilməyəcək.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitututu da rəsmi Vaşinqtonun Ukrayna qüvvələrinin effektiv müdafiə əməliyyatlarını aparmaq imkanını məhdudlaşdırdığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin