Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

2023/12/6581d-1703011275.jpg
Oxunub: 153     21:28     18 Aprel 2024    
Polşada Ukrayna xüsusi xidmət orqanlarının köməyi ilə Volodimir Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.

“Volodimir Zelenskiyə sui-qəsd cəhdinə dair təklif irəli sürən agent ifşa olunub”, - məlumatda deyilir.

Ukrayna Təhlükəsizlik Xidməti-nin məlumatına görə, onun planı Polşanın Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi ilə bağlı məlumatları toplamaq, Rusiyaya ötürmək olub. Bildirilib ki, güya burada Ukrayna liderinin ölkəyə səfəri zamanı ona sui-qəsd planı cızılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin